#44 bədii filmi

Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləri başa çatıb və komanda post-prodakşn işlərinə başlayıb. Layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb. Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.