İsrailin Negev səhrasında yerləşən “Sdi Teiman” adlı hərbi həbsxanada baş verən işgəncə, zorakılıq və insanlıqdan kənar rəftarlar barədə yeni ifadələr yayımlanıb. Azad edilən fələstinli məhbuslar həmin yeri “məzar deyil, dirilərin basdırıldığı zindan” kimi təsvir edirlər.