UEFA Çempionlar Liqasının IV turunda Azərbaycan təmsilçisi “Qarabağ” doğma meydanda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Görüş bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandaların əvvəlki qarşılaşmaları 2017/18 mövsümündə olub – London “Çelsi”də 6:0, Bakıda isə 4:0 hesabı ilə qələbə qazanmışdı. “Qarabağ” ümumilikdə İngiltərə komandalarına qarşı keçirdiyi 7 oyunun hamısında uduzub, son 6 oyununda qol vura bilməyib.