#UNESCO Baş Konfransı

Noyabrın 3-də Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi Günü kimi elan edilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasından bildirilib ki, seçilmiş tarix 1893-cü ilin əlamətdar bir günü ilə əlaqəlidir. Məhz həmin gün danimarkalı alim Vilhelm Tomsen “Orxon” yazılarını – türk dillərinin ümumi köklərini üzə çıxaran ən qədim yazılı abidələri oxuyub deşifrə edib.