#Açıq məşq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) matçı öncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları müəyyənləşib. Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Daha sonra saat 18:00-da media nümayəndələri üçün açıq məşq keçiriləcək, məşqin ilk 15 dəqiqəsi ictimaiyyət üçün açıq olacaq.