#Antonio Quterreş

G20 ölkələri dünyadakı emissiyaların 80 faizinin yaranmasına cavabdehdir. Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik dənizlərin səviyyəsinin yüksəlməsi nəticəsində sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Zülfiyyə Süleymenova martın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Baş katibi Antonio Quterreş ilə Qazaxıstanın su ehtiyatlarının davamlı idarə olunması planlarını müzakirə edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin baş naziri Binyamin Netanyahuya məktub göndərərək, İsrailin Qəzzaya yardım göstərmək üçün vacib olan Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) qadağa qoymasına etiraz edib.