#Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib. "Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", – Hacıyev paylaşımında qeyd edib.

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilir. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan ziyafətdə qonaqlar sırasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, hərbi attaşelər, ictimai-siyasi xadimlər, parlament üzvləri, media nümayəndələri də yer alırlar.