#müəllim-şagird münasibətləri

Son illərdə ölkəmizin bir çox məktəbində müşahidə olunan şagirdlərin özbaşınalıqları, tərbiyəsizlik halları, eləcə də bəzi müəllimlərin kobud davranışları və valideynlərdən pul yığılması kimi mənfi hallar ictimai narahatlıq doğurur. Təhsil sisteminin nüfuzuna xələl gətirən bu hallar cəmiyyətin mənəvi dayaqlarını sarsıdır və gələcək nəsillərin tərbiyəsinə ciddi təsir göstərir.