#Azərbaycan-Türkiyə münasibətləri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində noyabrın 24-də Komitə sədri Ramin Məmmədov, Komitənin və Aİİ-nin rəhbər heyəti ali təhsil müəssisəsində təhsil alan Türkiyə Respublikasından olan tələbələrin evini ziyarət ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edir. Regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.

27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekincini qəbul edib. Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.