İtaliyalı immiqrant nəslindən gələn Qotti 13 uşaqlı kasıb ailədə böyüyüb. Gənclik illərində Bruklində mafiozlar üçün xırda işlər görür, sonra Fulton-Rockaway Boys adlı küçə dəstəsinə qoşulur və 16 yaşında məktəbi tərk edir.Erkən yaşlarından oğurluq və digər xırda cinayətlərə görə dəfələrlə həbs olunsa da, ciddi cəza almır. 1968-ci ildə isə Nyu-Yorkun Kennedi (o vaxt “Idlewild”) aeroportu yaxınlığında yük maşınlarının qaçırılmasına görə günahını etiraf edir və 3 il həbs cəzası alır.
#Con Cozef Qotti
1931-ci ildə ABŞ-da mütəşəkkil cinayətkarlığın yeni dövrü başladı. Çarlz “Lucky” Luchianonun rəhbərliyi ilə Nyu-Yorkun beş mafiya ailəsi birləşdirilərək “Komissiya” adlı gizli idarə orqanı yaradıldı. Növbəti onilliklərdə bu ailələr təkcə qumar və qaçaqmalçılıqla deyil, həm də şəhərin iqtisadi və siyasi sistemlərinə sızmaqla Amerikanın ən güclü gizli imperiyasına çevrildilər.