Madagaskarda dərinləşən iqtisadi böhran, uzunmüddətli su və elektrik kəsintiləri paytaxt Antananarivoda hökumət əleyhinə Z nəsli (Gen-Z) etirazlarının başlamasına səbəb olub. Artan təzyiqlər və təhlükəsizlik narahatlıqları fonunda prezident Racuelinanın ölkədən qaçmağı planlaşdırdığı bildirilir. İddialara görə, o, Fransa ordusuna məxsus hərbi təyyarə ilə gizlicə Madagaskarı tərk edib.