#Paris evsizlik problemi

İngiltərədə 382 mindən çox insanın rəsmi olaraq evsiz kimi qeydiyyata alındığı və bu göstəricinin son bir ildə 8 faiz yüksəldiyi bildirilib. Evsiz insanlara sığınacaq dəstəyi və məsləhət xidməti göstərən “Shelter” yardım təşkilatı hökumətin məlumatlarına əsaslanaraq ölkədəki vəziyyətlə bağlı geniş hesabat dərc edib. Hesabata görə, onların 175 mindən artıq uşaqlar olmaqla, ümumilikdə 382 min 618 nəfər evsizdir. Sənəddə vurğulanır ki, “rəsmi olaraq evsiz” kimi tanınanların sayı bir il ərzində “inanılmaz dərəcədə çoxalaraq” 8 faiz artıb.

Hökumət böhranlarının yaşandığı və iqtidarın əhalinin mənzil problemi ilə bağlı ciddi tədbirlər görməməsi ilə tənqid olunduğu Fransada evsizlərin sayı ötən illə müqayisədə 20 min nəfər artaraq 350 minə çatıb. Fransa mənşəli yardım təşkilatı – əvvəlki adı ilə "Abbe Pierre", yeni adı ilə "Yoxsullar üçün Mənzil Fondu"nun 2025-ci il üzrə hesabatına görə, ölkədə mənzil tikintisindəki durğunluq, kirayə qiymətlərinin yüksək olması və yoxsul təbəqənin mənzil probleminin həllinə yönəlik ciddi addımların atılmaması evsizlərin sayının artmasına səbəb olub.