#mygov

Ötən il ərzində “mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb. Vətəndaşlar platforma vasitəsilə gündəlik olaraq müxtəlif informasiya sistemlərinə və elektron resurslara təhlükəsiz şəkildə çıxış əldə edirlər. Onun sözlərinə görə, “mygov” platformasında istifadəçi məlumatlarının, xüsusilə istifadəçi adları və şifrələrin təhlükəsizliyinin qorunmasına xüsusi önəm verilir. Bu məqsədlə vətəndaşların məlumat təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiya mexanizmləri müvafiq sistemlərə inteqrasiya olunub.

Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər. Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. “İş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.