Mart ayında əvvəlki atəşkəs razılaşmasının çökməsindən sonra danışıqlar uzun müddət dayandırılmışdı. Kuşnerin “HƏMAS”la yeni razılaşmaya nail olmaqda göstərdiyi israr, atəşkəsin bərpası və “HƏMAS”la konsensus əldə olunması prosesində əsas amil oldu. Razılaşma, həmçinin qalan israilli girovların azad edilməsi və yüzlərlə fələstinli məhbusun azad olunmasını da təmin etdi.
#Tony Blair Faith Foundation
Sir Antoni Çarlz Linton (Toni) Bleyer 6 may 1953-cü ildə doğulub. 1997-2007-ci illərdə Böyük Britaniyanın Baş naziri, 1994–2007-ci illərdə Leyboristlər Partiyasının lideri, 1983–2007-ci illərdə Sedgefield dairəsinin parlament üzvü. Müharibədən sonrakı dövrdə Marqaret Tetçerdən sonra ən uzun müddət baş nazirlik etmiş siyasətçidir; Leyboristləri ard-arda üç ümumi seçki qələbəsinə (1997, 2001, 2005) aparan ilk və yeganə liderdir. 2007–2015-ci illərdə Yaxın Şərq üzrə “Dördlüyün” xüsusi elçisi, 2016-dan Toni Bleyer Institute for Global Change təşkilatının icraçı sədridir. Karyerası boyunca həm Britaniya daxilində dərin islahatlarla, həm də Kosovo, Syerra-Leone, Əfqanıstan və xüsusilə İraq müharibəsi ilə bağlı kəskin mübahisələrlə yadda qalıb.