#Qoşulmama Hərəkatı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi ilə görüşüb. Görüş zamanı Azərbaycan-Oman ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər və əməkdaşlıq perspektivləri, habelə regional vəziyyət müzakirə edilib.

Dünyanın aparıcı işgüzar mərkəzlərindən biri olan Honq-Konqda keçirilən mötəbər 10-cu Belt and Road Summit tədbirində Azərbaycan özünün multikulturalizm və tolerantlıq dəyərlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Tədbirdə Azərbaycan Françayzinq Mərkəzinin təşəbbüsü olan EtnoVillage.life layihəsi təqdim edildi və qlobal miqyasda böyük maraq doğurdu.

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb. Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.