#Tony Blair Institute for Global Change (TBI)

Mart ayında əvvəlki atəşkəs razılaşmasının çökməsindən sonra danışıqlar uzun müddət dayandırılmışdı. Kuşnerin “HƏMAS”la yeni razılaşmaya nail olmaqda göstərdiyi israr, atəşkəsin bərpası və “HƏMAS”la konsensus əldə olunması prosesində əsas amil oldu. Razılaşma, həmçinin qalan israilli girovların azad edilməsi və yüzlərlə fələstinli məhbusun azad olunmasını da təmin etdi.

Sir Antoni Çarlz Linton (Toni) Bleyer 6 may 1953-cü ildə doğulub. 1997-2007-ci illərdə Böyük Britaniyanın Baş naziri, 1994–2007-ci illərdə Leyboristlər Partiyasının lideri, 1983–2007-ci illərdə Sedgefield dairəsinin parlament üzvü. Müharibədən sonrakı dövrdə Marqaret Tetçerdən sonra ən uzun müddət baş nazirlik etmiş siyasətçidir; Leyboristləri ard-arda üç ümumi seçki qələbəsinə (1997, 2001, 2005) aparan ilk və yeganə liderdir. 2007–2015-ci illərdə Yaxın Şərq üzrə “Dördlüyün” xüsusi elçisi, 2016-dan Toni Bleyer Institute for Global Change təşkilatının icraçı sədridir. Karyerası boyunca həm Britaniya daxilində dərin islahatlarla, həm də Kosovo, Syerra-Leone, Əfqanıstan və xüsusilə İraq müharibəsi ilə bağlı kəskin mübahisələrlə yadda qalıb.

Bleyrin 2007-ci ildə baş nazir postunu tərk etməsindən sonra qurduğu Tony Blair Institute for Global Change (TBI) dövlətlərə idarəetmə islahatları, rəqəmsal transformasiya, ekstremizmlə mübarizə, iqtisadi və inkişaf siyasətləri üzrə məsləhət xidmətləri göstərir. Bu institut sayəsində o, çoxsaylı ölkələrin liderləri ilə sıx əlaqələr saxlayır və beynəlxalq forumlarda - Davos, Münhen Təhlükəsizlik Konfransı, Körfəz investisiya sammitləri kimi tədbirlərdə fəal iştirak edir.