#BMT sanksiyaları

Tehran getdikcə daha çox “müqavimət iqtisadiyyatı” adlandırdığı modelə əsaslanır - yəni daxili istehsalı artırmaq, Çin, Rusiya və qonşu ölkələrlə ticarəti genişləndirmək strategiyasına. Moskva və Pekin İrana qarşı ABŞ və İsrailin hücumlarını pisləyib, ölkənin nüvə enerjisini sülh məqsədilə istifadə hüququnu dəstəkləyib.Lakin ekspertlər bildirirlər ki, bu dəstək İranı yeni iqtisadi zərbələrin təsirindən qorumağa kifayət etməyəcək. Enerji məsələləri üzrə analitik və Corc Meyson Universitetinin tədqiqatçısı Ümid Şükri qeyd edir ki, BMT sanksiyaları İranın uzunmüddətli struktur problemlərini daha da dərinləşdirəcək:

İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.