Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 89 nəfər həlak olub.
#Qəzza zolağı
İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında telefon danışığı baş tutub.
Avropa İttifaqının 60-dan çox deputatı İsrailə qarşı tədbir görülməsi üçün Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin təcili toplantısına çağırıb.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) cümə axşamı bildirib ki, Yaxın Şərq və Şimali Afrika bölgəsində 33 milyondan çox insan aclıq və qida təhlükəsizliyinin olmaması ilə üz-üzədir.
ABŞ nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini(UNRWA) Qəzzada yenidən fəaliyyətə başlamağa çağırıb.
"Al Baraka Azerbaijan" təşkilatının könüllüləri Qəzza zolağında həyata keçirdikləri humanitar aksiya çərçivəsində 300 nəfərə isti yemək paylayıblar. Aksiyanın 23 iyul 2025-ci il tarixində baş tutduğu və Layihə №625 çərçivəsində reallaşdırıldığı bildirilib. Təşkilatın yaydığı açıqlamada bu təşəbbüsün məqsədinin müharibədən əziyyət çəkən Qəzza əhalisinə dəstək vermək olduğu qeyd olunub.
HƏMAS Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı təklifi qəbul etməkdən hələ də imtina edir və Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür.
London meri Sadiq Xan, ölkəsinin Fələstin dövlətini dərhal tanımalı olduğunu bildirib.
Fransa Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında humanitar yardıma çatmağa çalışan fələstinli mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları qınayıb.
İranın Xarici Işlər naziri Abbas Əraqçi ABŞ-ın İsrailə verdiyi dəstəyin bölgədə mülki insanların ölümünə səbəb olduğunu bildirib.
İsrail ordusunun mühasirədə olan Qəzza zolağında bir evə endirdiyi hava hücumunda aralarında uşaqların da olduğu 8 fələstinlinin həlak olduğu, çoxlu sayda insanın yaralandığı bildirilir.