İqtisadiyyat Nazirliyində İranın Ərdəbil vilayətinin valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
#Sahib Ələkbərov
18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.