#Qırmızı Şeytanlar

Məlumata görə, “Qırmızı şeytanlar” yayda yarımmüdafiə xəttində ciddi dəyişikliklər etməyi planlaşdırır. Xüsusilə Kazemironun mövsüm sonunda komandadan ayrılacağı gözlənildiyindən, klub rəhbərliyi Premyer Liqa təcrübəsinə malik, enerjili oyunçu axtarışındadır.

İngiltərənin Mançester Yunayted klubu tarixi stadionu Old Trafford üçün 2 milyard funt-sterlinq (təxminən 2,7 milyard dollar) dəyərində yenidənqurma layihəsini təqdim edib. Layihəni hazırlayan dünyaca məşhur memar, 90 yaşlı Lord Norman Foster bu işin onun üçün “həyatının layihəsi” olduğunu deyib. Mançester şəhərində böyüyən Foster, “Qırmızı Şeytanlar”ın azarkeşlərinin inanılmaz dəstəyini vurğulayıb.