#USS Cole

ABŞ Prezidenti Donald Tramp İranın təzminat tələb etməsinə cavab olaraq Vaşinqtonun da Tehrandan kompensasiya istəyəcəyini bildirib. Tramp İranın əvvəlki danışıqlarda belə tələb irəli sürmədiyini iddia edib. O, ABŞ vətəndaşlarına qarşı hücumlarda ölən və yaralanan şəxslərin ailələri üçün təzminat tələb edəcəyini açıqlayıb. Tramp "USS Cole" gəmisinə hücum və digər münaqişələrdə ölənləri nümunə göstərib. O, həmçinin İrandakı etiraz aksiyalarında ölən şəxslərin ailələrinə ödəniş edilməsini tələb edib. ABŞ prezidentinin sözlərinə görə, bu məsələ gələcək danışıqlarda gündəmə gətiriləcək. İran isə daha əvvəl ABŞ və İsrailin əməliyyatları nəticəsində dəymiş zərərə görə kompensasiya tələb etmişdi.

2001-ci il 11 sentyabr hücumlarının 24-cü ildönümündə – ABŞ ərazisində İkinci Dünya müharibəsi zamanı baş vermiş Perl Harbor hücumundan sonra ikinci ən dəhşətli terror aktı kimi tarixə düşən hadisənin ildönümündə – hələ də müxtəlif sui-qəsd nəzəriyyələri dolaşır və hadisə ilə bağlı suallar davam edir. O gün “Əl-Qaidə” təşkilatının 19 üzvü 4 təyyarəni ələ keçirmişdi: onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldı, biri Pentaqona dəyib dağıldı, dördüncüsü isə Pensilvaniya ştatının Şanksvil şəhərindəki sahəyə düşürüldü. Sonuncu təyyarənin hədəfi Ağ Ev idi.