Fransada dünən keçirilən Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb. Bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastyan Lekornu yeni baş nazir təyin edilib. Ölkə isə dünən Makronun siyasətlərinə qarşı kütləvi etirazlarla gündəmdə olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 müxtəlif nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.
#Fransua Bayru
Fransa Prezidenti Emmanuel Makron, dünən Milli Məclisdə keçirilən etimad səsverməsində hökumətin etimadı qazana bilməməsinin ardından Baş nazir Fransua Bayrunun istefasını qəbul edib. Baş nazir Bayru istefasını Elysee Sarayında Prezident Makrona təqdim edib. Etimadsızlıq səsverməsində 364 deputat hökumətin əleyhinə, 194 deputat isə lehinə səs verib. 15 deputat isə bitərəf qalıb. Bu nəticə hökumətin süqutuna səbəb olub.