Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa viza verməməsi ilə bağlı Ankaranın mövqeyini açıqlayıb. Fidan dövlət olaraq alternativ variantlar üzərində işlədiklərini, bu çərçivədə Fələstin rəsmiləri və ərəb ölkələri ilə geniş məsləhətləşmələrin aparıldığını bildirib. Nazir vurğulayıb ki, Türkiyənin Fələstin məsələsindəki mövqeyi dəyişməz olaraq qalır. O, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının bu il xüsusi əhəmiyyət daşıdığını qeyd edib və izlas çərçivəsində Fələstin mövzusunda konfrans təşkil ediləcəyini xatırladaraq, bu tədbirin vacibliyinə diqqət çəkib.
#Fələstin viza
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisçi prinsiplərini əsas gətirərək ABŞ-ı Fələstin rəsmilərinə viza qadağasına yenidən baxmağa çağırıb.
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.