#kütləvi təxliyə

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, ölkədə 2025-ci il ərzində 5 min 832 meşə yanğını ilə mübarizə aparıldığını bildirib. Nazir bildirib ki, hazırda Karabük-Kastamonu sərhədində və Kastamonunun Araç bölgəsində 2 yanğın davam edir. Nazir Yumaklı qeyd edib ki, son 24 saat ərzində 3 fərqli vilayətdə baş vermiş 3 yanğın nəzarət altına alınıb. Lakin Karabükün Eflani bölgəsindən başlayaraq Kastamonunun Araç bölgəsinə yayılan bir yanğın və elə Araç bölgəsində yaranmış digər bir yanğın hələ də davam edir. Hər iki ərazi sıx meşələrlə və çətin relyeflə — qayalıqlar və kanyonlarla — əhatə olunub. Hazırda həm havadan, həm də qurudan genişmiqyaslı müdaxilə tədbirləri görülür.

Çile məhəlləsində əkinçilik sahəsində hələ məlum olmayan səbəblərdən başlayan yanğın meşəlik əraziyə keçib. İzmir Meşə Regional Müdirliyi və müvafiq qurumlar yanğının qarşısını almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Hazırda alovla mübarizə üçün 8 təyyarə, 9 helikopter, 25 su maşını, 26 su təchizatı maşını və 4 buldozer səfərbər edilib. Yanğınsöndürmə işləri həm havadan, həm də qurudan intensiv şəkildə davam etdirilir. Hazırda yanğının nəzarət altına alınıb-alınmadığı barədə dəqiq məlumat verilməyib.