#Polşa PUA qəzası

Polşa Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün əsas görmür. Bununla bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlama verib. “Diplomatiyada əlaqə kanalları yalnız dostlarla deyil, həm də rəqiblər və düşmənlərlə saxlanılır. Buna görə də hələlik diplomatik münasibətləri kəsmək üçün səbəb görmürəm” – deyə, o bildirib.

ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində Polşanın hava məkanına daxil olmuş pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərdə heç kimi müdafiə etmək niyyətində olmadığını bildirib. O, bu barədə “Fox News”-a açıqlamasında danışıb. “Mən heç kimi müdafiə etməyəcəyəm. Onlar (PUA-lar – red.) vurulub, amma ümumiyyətlə Polşaya yaxınlaşmamalı idilər” - deyə, Tramp qeyd edib.

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası göndərib. Bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunub. Sənəddə Polşa hakimiyyəti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliklərini pozmaqda ittiham edib.