#Azəri-Çıraq-Günəşli

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından məmnuniyyətlə elan edir ki, cəmiyyətdə inklüzivliyin təşviqinə yönəlmiş daha bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb. Layihədə məqsəd eşitmə və nitq qüsurlu şəxslərin digər insanlarla və öz aralarında ünsiyyət imkanlarını genişləndirməkdir.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək. 2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir. 2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.