#Artvin

Türkiyə Səhiyyə naziri Kemal Memişoğlu, Artvinin pilot layihə çərçivəsində ölkənin ilk "siqaretsiz şəhəri" elan edildiyini açıqlayıb. Nazir Memişoğlu, layihə ilə bağlı verdiyi açıqlamada, bütün dövlət qurumlarında siqaret çəkməyin tamamilə qadağan ediləcəyini, siqareti tərgitmək istəyən vətəndaşlar üçün ALO 171 yardım xəttinin gücləndiriləcəyini və pulsuz dərman dəstəyi veriləcəyini bildirib. O, həmçinin elektron siqaret və “puf” kimi tütün məhsullarına qarşı da sərt siyasət tətbiq ediləcəyini vurğulayıb. Memişoğlu bu təşəbbüsün ictimai sağlamlıq baxımından tarixi bir addım olduğunu qeyd edib.