ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sea Hawk" tipli helikopter Ərəb dənizində təcili eniş edib. Hadisə zamanı dörd ekipaj üzvündən biri itkin düşüb. ABŞ Beşinci Donanmasının məlumatına görə, təcili eniş düşmən hücumu ilə əlaqəli olmayıb. Digər üç ekipaj üzvünün vəziyyəti stabildir və onlar "USS George H. W. Bush" gəmisindədirlər. Hazırda itkin düşən hərbçinin axtarışları davam edir. Hadisənin başvermə səbəbi araşdırılır. ABŞ hərbi qurumları əlavə məlumatın daha sonra açıqlanacağını bildiriblər.
#helikopter
Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib. Hadisə ilə əlaqədar iki yaşayış məntəqəsinin təxliyəsinə qərar verilib. Yanğının söndürülməsinə 88 yanğınsöndürən və könüllü cəlb olunub. Əməliyyatlarda səkkiz təyyarə və altı helikopter iştirak edir. Alovun yaşayış məntəqələrinə yaxınlaşdığı bildirilir. Rəsmilər təhlükəsizlik tədbirlərini gücləndiriblər. Yanğının yayılmasının qarşısını almaq üçün havadan və qurudan müdaxilə davam edir. Hadisənin səbəbləri araşdırılır.
Pakistanın şimal-qərbində helikopter qəzaya uğrayıb. Məlumata görə, hadisə nəticəsində ikisi pilot olmaqla beş ekipaj üzvü həlak olub. Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.