#seysmoloji məlumat

Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə azı 9 nəfər həyatını itirib. Zəlzələ anları isə təhlükəsizlik kameralarına əks olunub. Əfqanıstan Milli Fəlakət İdarəetmə Agentliyinin açıqlamasında zəlzələnin episentrinin ölkənin şimalında yerləşən Samangan vilayəti olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 9 nəfər həlak olub, 143 nəfər yaralanıb. Rayonlarda dağıntıların qiymətləndirilməsi davam edir, zəlzələ anlarını əks etdirən görüntülər isə sosial mediada paylaşılıb.

Əfqanıstanın şərqində 2 mindən çox insanın həyatını itirdiyi zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə yeni bir zəlzələ baş verib. Əfqanıstanda baş verən üçüncü zəlzələdən sonra ölənlərin sayı 2 min 205-ə yüksəlib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal gücündəki zəlzələnin episentrinin Nəngərhar vilayətinin mərkəzi şəhəri Cəlalabadın 14 kilometr şərqində olduğunu açıqlayıb. Dərinliyi 10 kilometr olaraq müəyyən edilən zəlzələnin törətdiyi dağıntılarla bağlı hələlik rəsmi açıqlama verilməyib.