Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib. Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib. “Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb.
#Alyaska sammiti
Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada baş tutan sammiti məhsuldar keçib. Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”
Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.
Moskva Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonla işləməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. “Prezident Trampın bu gün dediyi kimi, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir. Əlbəttə, biz bunun üzərində işləməyə hazırıq” – deyə, Putin qeyd edib.
Tezliklə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın birgə mətbuat konfransı başlayacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.
ABŞ Prezidenti Donald Tramp, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi qarşıdakı sammit barədə müzakirələr apardığını bildirib. Tramp bu barədə “Truth social" platformasında yazıb.
Müharibəni bitirməyin vaxtı çatıb. Rusiya bu istiqamətdə zəruri addımlar atmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün Alyaskada keçiriləcək görüşə münasibət bildirərkən deyib.