TRIPP layihəsi regional iqtisasi inteqrasya təmin edəcək
#ATƏT Minsk Qrupu ləğvi
“Fitch”: Naxçıvanla quru əlaqə Azərbaycanın ixrac və iqtisadi artımını gücləndirəcək.
ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib. Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu. Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına gəlir.
ATƏT-in Minsk qrupunun buraxılması prosesi bu ilin sonunadək başa çatacaq.
Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır. "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."
"Bir daha Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, həmçinin bu razılaşmaların təcili icrasına dair verdikləri qətiyyətli qərara görə ürəkdən təbrik etmək istərdim. Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və prosesdə göstərdikləri əla əməkdaşlığa görə tərəflərə səmimi minnətdarlığımı bildirirəm. Həmçinin konsensusun əldə olunmasında göstərdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də təqdir etmək istərdim", – deyə nazir Valtonen bildirib.
ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
"Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib", - deyə məlumatda qeyd edilib
25 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb. AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
2025-ci il avqustun 8-i Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində dönüş nöqtəsi oldu. ABŞ paytaxtında keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı fonunda iki ölkənin xarici işlər nazirləri — Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli sülh sazişinin layihəsini parafladılar. Ən önəmlisi isə, onlar ATƏT-in fəaliyyət göstərən sədrinə müraciət imzalayaraq Minsk prosesinin dayandırılması və ATƏT-in Minsk qrupu (ATƏT MQ), Sədrin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HPLG) ləğvini rəsmiləşdirdilər.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır