#Azərbaycan Ermənistan sülh müqaviləsi

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir sülh mühiti bütün bölgə üçün müsbət nəticələr verəcək. Sosial media hesabında açıqlama yayan Yılmaz, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Ağ Evdə birgə sülh bəyannaməsi imzalamasını məmnunluqla qarşıladıqlarını qeyd edib. Yılmaz, bu prosesin davamlı və dayanıqlı sülhlə nəticələnməsini arzuladıqlarını bildirib.

ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri təkcə ikitərəfli münasibətlərin yeni mərhələsini deyil, eyni zamanda bütün Cənubi Qafqazın siyasi xəritəsində baş verən ciddi dəyişiklikləri də ifadə edir. Üstəlik, Vaşinqtonda Ermənistan baş naziri Nikol Paşinyanın da olması diplomatik manevrlərə iki paralel xətt qazandırdı: biri sırf Bakı- Vaşinqton platforması, digəri isə Bakı- İrəvan danışıqları.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi öz rəsmi "X" səhifəsində yazıb. Remmi bu irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndirib. "Əgər hər iki tərəf öz öhdəliklərinə əməl edəcəklərsə, Böyük Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında Ağ Evdə əldə olunmuş razılaşmalar uzunillərin münaqişəsinə son qoyulması məsələsində əhəmiyyətli sıçrayış olub. "Biz hər iki tərəfin və ABŞ administrasiyasının anı düzgün dəyərləndirərək irəliləyişə nail olmasını yüksək qiymətləndiririk. İndi isə razılaşdırılmış tədbirlərin, xüsusilə sülh müqaviləsinin imzalanması və ratifikasiyasının vaxtında təmin edilməsi vacibdir", – deyə o vurğulayıb.

Bəyanata əsasən, İran bu razılaşmanı regionda davamlı sülhün reallaşması istiqamətində önəmli addım olaraq qiymətləndirir. Qeyd olunur ki, İran sülh və sabitliyin qorunması, ikitərəfli və regional əməkdaşlıq yolu ilə regionun iqtisadi inkişafı üçün Azərbaycan və Ermənistanla konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.

"Bu gün həqiqətən tarixi bir andır, çünki Azərbaycan və Ermənistan artıq otuz ildən çox davam edən uzunmüddətli münaqişənin həlli istiqamətində qəti addım atırlar. Bu prosesə rəhbərlik edərkən Prezident İlham Əliyevin göstərdiyi uzaqgörənlik və qətiyyəti yüksək qiymətləndirirəm və bu irəliləyişə verdiyi töhfəyə görə Prezident Donald Trampa dərin minnətdarlığımı bildirirəm. Həmçinin, Azərbaycan Ermənistanla sülh yolu ilə irəlilədiyi üçün qardaşım, xarici işlər naziri Ceyhun Bayramovu da səmimi qəlbdən təbrik edirəm", - Məhəmməd İshaq Dar qeyd edib.

"Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub", - deyə o Paşinyan qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. Azervoice-in məlumatına görə, bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda bildirilib. Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.