Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində siyasətini dəfələrlə elan edib və bu mövqeyə sadiqdir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandığı zaman Türkiyə Ermənistanla normallaşmaya başlamağa hazır olacaq. Fidan qeyd edib ki, Ermənistanın bölgədə sülhə bu qədər maraqlı olmasının əsas səbəbi Türkiyənin münasibətləri normallaşdırmağa hazır olduğunu görməsidir.
#Azərbaycan Ermənistan danışıqları
Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.
Ermənistan oktyabrın 27-dən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırdır.
21–22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.
ATƏT-in hazırkı sədri, Finlandiyanın XİN rəhbəri Elina Valtonen Azərbaycan və Ermənistanın ATƏT Minsk qrupunun ləğv olunması qərarını alqışlayıb və bütün prosesin cari ilin dekabr ayında yekunlaşacağına ümidvar olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.
Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üçün tərəfləri ilk gündən dəstəklədik. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O bildirib ki, avqustun 8-də iki ölkə (Azərbaycan və Ermənistan) arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyur.
Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyinə sadiqdir. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda qəbul zamanı deyib. "Bu gün biz tarixi bir dövrün şahidi oluruq. Avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan arasında baş tutan görüş münasibətlərdə yeni səhifə açdı", - müvəqqəti işlər vəkili deyib.
ABŞ nümayəndə heyəti Orta Dəhliz regionunun potensial istifadə olunmamış imkanlarını nümayiş etdirmək üçün bölgəyə səfər edir. Bu haqda ABŞ biznes nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçirilən brifinqdə söz açılıb. "Bu üç ölkəni əhatə edən ticarət missiyası Orta Dəhliz regionu qarşısında ABŞ Ticarət Xidməti tərəfindən təsdiqlənmiş bir öhdəlikdir. Qeyd etmək vacibdir ki, konkret bu ticarət missiyası ABŞ hökuməti, xüsusilə ABŞ Ticarət Nazirliyi tərəfindən dəstəklənir.