ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə çox güvəndiyini bildirib.
#ABŞ Azərbaycan Ermənistan münasibətləri
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə “Truth Social” platformasındakı səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı ilə bağlı paylaşım edib.
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə danışıb.