#Azərbaycan Mərkəzi Bankı (AMB)

Azərbaycan Mərkəzi Bankı (AMB) 28 avqust tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. AMB-nin məlumatına görə, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat olub. Avronun manata qarşı məzənnəsi 1,9797 manat, 1 türk lirəsi 0,0352 manat, 100 rus rublu isə 1,9710 manat olub.

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings" kimi nüfuzlu qurumlar öz hesabat və təqdimatlarında bank sektorunun dayanıqlılığını, kapitallaşma səviyyəsini və tənzimləyici çərçivənin güclənməsini xüsusi vurğulayırlar. Bu qiymətləndirmələr həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə sistemində aparılan struktur islahatların nəticəsi kimi dəyərləndirilir.

Forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kredit Büroları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaratmaq, mikromaliyyə sektorunda investisiya imkanlarını investorlar üçün təqdim etməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.

Azərbaycan Mərkəzi Bankı (AMB) və Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə yanaşı, kapital və sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.