Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb. əktubda deyilir: "Hörmətli cənab Prezident, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.
#Prezident İlham Əliyev
Elmar Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Elmar Eldar oğlu Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sərəncama əsasən, Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla, Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşündən görüntülər paylaşılıb. Paylaşımda qeyd olunub:"Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Efiopiyanın Baş naziri ilə görüşüb".
Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub: Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın adından Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin və Birinci xanım Zinaş Tayaçevin şərəfinə rəsmi nahar verilib.
Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.
Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.