#Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib. ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladı, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza məktub ünvanlayıb. Məktubda qeyd olunub: "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktub 28 May – Müstəqillik Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ünvanlanıb. O, şəhidlərin xatirəsini ehtiramla yad edib. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi tarixi əhəmiyyət daşıyır. Bu zəfər bütün türk dünyası üçün qürur mənbəyidir. Məktubda “Bir millət, iki dövlət” şüarı vurğulanıb. Türkiyə və Azərbaycan bölgədə sülh və inkişafın təmin edilməsində fəal olacaq. Fuat Oktay Prezident İlham Əliyevə və xalqına bayramlar münasibətilə xoş arzularını çatdırıb.