#5G

Türkiyədə 5G texnologiyasından istifadə edən abunəçilərin sayı sürətlə artaraq 30 milyona yaxınlaşıb. Məlumata əsasən, ölkədə 5G xidmətinin tətbiqindən sonra ilk günlərdə 21 milyon abunəçi bu texnologiyadan istifadə etməyə başlayıb, sonrakı 10 gün ərzində isə daha 8 milyon nəfər sistemə qoşulub.

Avropa boyunca qatarla səyahət edən sərnişinlər üçün internetə çıxış hələ də əsas narazılıq mövzularından biridir. Qatar operatorları Wi-Fi xidmətini üstünlük kimi təqdim etsələr də, real vəziyyətdə zəif siqnal, səhifələrin gec yüklənməsi və onlayn video izləmək imkanının məhdudluğu geniş yayılıb.