Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 tipli hərbi yük təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib. Kaxeti bölgəsinin Siqnaxi bələdiyyəsinə aid dağlıq ərazidə yerə çırpılan C-130 tipli hərbi təyyarə ilə bağlı qəza araşdırma və axtarış-xilasetmə işləri helikopterlərin dəstəyi ilə davam etdirilib. Gürcüstan Daxili İşlər Nazirliyinə tabe olan qruplar və Gürcüstan ordusunun bölmələri də əməliyyatlara fəal şəkildə cəlb olunub. Axtarış-xilasetmə işləri Gürcüstanın daxili işlər naziri Geka Geladze və müdafiə naziri İrakli Çikovani tərəfindən yerində izlənib.
#Qara qutu (Event Data Recorder)
İngiltərədə İşçi Partiyası hökuməti, Avropa İttifaqının Ümumi Təhlükəsizlik Tənzimləməsi 2 (GSR2) ilə uyğun yeni bir qanun layihəsi üzərində işləyir. Plana əsasən, ölkədə satılacaq yeni avtomobillərə alkoqol kilidi (“alcolock”) və qara qutu (“event data recorder”) kimi təhlükəsizlik sistemlərinin quraşdırılması məcburi ola bilər.