#Rusiyanın Kamçatka yarımadasında 6 bal gücündə zəlzələ

Kamçatkada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 469 km aralıda baş verib. Yeraltı təkanların ocağı 28,6 km dərinlikdə yerləşib.