#TB3

NATO-nun “Steadfast Dart 2026” təlimi çərçivəsində TCG ANADOLU gəmisində yerləşdirilən Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatı Baltik dənizində sərt hava şəraitində uçuş nümayişini uğurla başa vurub. NATO-nun ən böyük təlimlərindən biri olan “Steadfast Dart 2026” zamanı hava temperaturunun -5 dərəcəyə qədər endiyi, güclü qar və şiddətli küləyin müşahidə olunduğu şəraitdə Bayraktar TB3 uçuş icra edib.

Baykar və ASELSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən qabaqcıl müdafiə texnologiyaları Aralıq dənizində həyata keçirilən kritik bir sınaqda bir daha özünü təsdiqlədi. “Mavi Vətən” konsepsiyası çərçivəsində Türkiyənin dənizdə birgə əməliyyat qabiliyyətini nümayiş etdirən test zamanı yüksək koordinasiya və dəqiqliklə icra edilmiş əməliyyat uğurla başa çatdı.

Türkiyənin Keşan bölgəsindən havaya qalxan Bayraktar TB3 PT-2R pilotsuz uçuş aparatı, ölkənin ən böyük hərbi gəmisi TCG Anadolu üzərində həyata keçirilən süni intellekt dəstəyi ilə tam avtomatik qalxış və eniş sınağını uğurla başa çatdırdı. Sınaq, Türkiyənin dəniz platformalarında pilotsuz uçuş aparatlarının istifadəsi sahəsində mühüm mərhələ kimi qiymətləndirilir. Bayraktar TB3-ün bu uğuru, həm əməliyyat imkanlarının genişlənməsi, həm də müdafiə sənayesində süni intellekt tətbiqlərinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.