Qəzza zolağında milyonlarla insan aclıq və ərzaq çatışmazlığı ilə üzləşib. BMT və QHT-lər vəziyyətin fəlakət həddinə çatdığını desə də, rəsmi “aclıq” statusu hələ elan edilməyib. Səbəb – elmi sübutların toplanmasının mümkünsüzlüyüdür.
#Qəzza aclıq
Qəzza zolağındakı Fələstin hökuməti bildirib ki, İsrailin "soyqırım və aclıq" siyasəti səbəbindən uşaq qidası və qida əlavələri çatışmazlığı 100 mindən çox uşağı kütləvi ölüm riski ilə üz-üzə qoyub.
HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.