2001-ci ilin 7 oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Talibanın nəzarətində olan Əfqanıstana hücum əməliyyatına başladı. ABŞ və Böyük Britaniya qüvvələrinin intensiv hava bombardmanı ilə başlanan əməliyyata Fransa, Almaniya, Avstraliya və Kanada kimi ölkələr logistik dəstək göstərdi. Daha sonra Talibana qarşı mübarizə aparan Şimal İttifaqının döyüşçüləri də əməliyyata qoşuldu. Əfqanıstanın işğalı ABŞ-ın “terrora qarşı müharibə” adlandırdığı kampaniyanın ilk mərhələsi idi və 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumlarına cavab kimi həyata keçirilirdi. Bu münaqişə 20 ilə yaxın davam etdi və ABŞ tarixinin ən uzunmüddətli müharibəsinə çevrildi.
#Terrora Qarşı Qüvvə
Baqram bazası Əfqanıstanda yerləşən ən böyük hava bazası olub və 2001-ci ilin 11 sentyabr hücumlarından sonra ABŞ-ın Taliban əleyhinə apardığı müharibənin əsas dayaqlarından biri sayılıb.
İsrailin druzları qorumaq bəhanəsi ilə Suriyaya müdaxiləsi ölkənin cənubunda hərbi və təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirən xaotik bir vəziyyətə səbəb oldu.