Suriya bu ilin əvvəlindən etibarən istər şimal-şərqdə, istərsə də sahil və cənub bölgələrində daxili iğtişaşlar mərhələsindən nisbi sakitlik və yeni təhlükəsizlik-siyasi strukturun qurulması mərhələsinə qədər bir yol keçib. Bu strukturun əsas cizgiləri təhlükəsizlik dosyesində və "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə əldə olunan razılaşmada özünü büruzə verib. Lakin bu dəyişikliklər Suriyanı bir çox sosial mühitdə və coğrafi nöqtədə "İŞİD" (DAEŞ) terror təşkilatı ilə gizli bir yarışın ortasına atıb. "İŞİD" son zamanlar təhlükəsizlik nəzarətinin tam bərpa olunmamasından istifadə edərək yenidən ayaq tutmağa çalışan qeyri-sabitlik amili kimi ön plana çıxıb. Təşkilat hələ də fevralın ortalarından intensivləşən, martın ilk həftəsində bir qədər səngiyən, lakin sonradan yenidən aktivləşən hücum ritorikası və hədəfə alınmış əməliyyatlarla ideoloji və meydan boşluqlarından yararlanmağa çalışır.
#Deyr əz-Zor
Suriyanın keçid dövrü üçün prezidenti Əhməd əl-Şara "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə bütün cəbhələrdə atəşkəsi əhatə edən razılaşmanı təsdiqləyib. Bu barədə "Sуria TV" televiziya kanalı xəbər verib. Məlumata əsasən, yeni razılaşmalara əsasən, kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri"nin (SDF) bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.
İsrailin druzları qorumaq bəhanəsi ilə Suriyaya müdaxiləsi ölkənin cənubunda hərbi və təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirən xaotik bir vəziyyətə səbəb oldu.