#44 günlük Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub. Konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər. 44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə “Xarıbülbül” nişanı və Qələbə şüarlarları əks olunub.

Silahlanmaya yeni qəbul edilmiş “Hero - 120” sərbəst uçan döyüş sursatları ilk dəfə Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib. Həmçinin silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu "Vaşaq" xüsusi əməliyyat nəqliyyat vasitələri, "Kobra 2" zirehli tibbi təxliyyə avtomobilləri ilk dəfə nümayiş etdirilib.

Türkiyə Xarici İşlər Nazirliyi, Azərbaycanın qazandığı Zəfərin beşinci ildönümü münasibətilə təbrik mesajı yayıb. “Azərbaycan xalqının əzmi və qəhrəmanlığı ilə qazandığı zəfərin beşinci ildönümünü qeyd edir, vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik.” Açıqlamada, Türkiyənin hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyi vurğulanıb.

06 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir.