1948-ci ildə İsrail dövlətinin yaranmasından bəri Livan-İsrail danışıqları əsasən hərbi və texniki çərçivədə aparılıb. 1949-cu il atəşkəs sazişindən tutmuş 2022-ci il dəniz sərhədlərinin müəyyənləşdirilməsinə qədər Livan siyasi baxımdan İsraillə birbaşa dialoqu rədd edən sabit mövqeyini qoruyub və yalnız beynəlxalq vasitəçilər vasitəsilə məhdud əlaqə ilə kifayətlənib.
#Beyrutda intihar hücumları
Prezident Aun və Baş nazir Nəvvaf Salamın qarşısında bu gün ciddi bir seçim dayanır: Hizbullahın silahsızlaşdırılması yönündə Livan ordusuna əmrlər verilsinmi, yoxsa mövcud status-kvo saxlanılsın? Lakin bu qərarın nəticəsi ağır ola bilər.
1983-cü il oktyabrın 23-də Livanın paytaxtı Beyrutda yerləşən ABŞ və Fransa silahlı qüvvələrinin kazarmalarına qarşı həyata keçirilmiş iki ardıcıl intihar hücumu nəticəsində ümumilikdə 299 hərbçi həyatını itirib.