Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderlərinin Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymadığını bildirərək, Ukraynada yaşayan rus və rusdilli xalqların hüquqlarına hörmət edilmədən uzunmüddətli razılaşmaların mümkün olmayacağını vurğulayıb. Lavrov müsahibəsində NATO-nun şərqə doğru genişlənməsini və Avropa liderlərinin Rusiyaya qarşı sanksiya siyasətini Ukrayna böhranının əsas səbəbləri kimi qiymətləndirib. O, həmçinin Rusiya təhlükəsizliyinin təmin olunmasının sülh danışıqlarının prioritet şərti olduğunu qeyd edib.
#Avropa
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa siyasətçilərinin iştirakı ilə baş tutan danışıqlar yaxşı keçib və real irəliləyiş əldə olunub.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampın sözlərinə görə, bu məsələdə ABŞ da dəstək göstərəcək, lakin yardımın konkret forması hələ açıqlanmayıb.
Tramp görüşdən öncə Zelenskiyə ünvanladığı mesajda Ukraynanın NATO-ya qoşulmayacağını və 2014-cü ildə ilhaq edilmiş Krımın geri qaytarılmayacağını vurğulayıb. O bildirib ki, Ukrayna prezidenti istəsə, müharibəni “demək olar ki, dərhal” dayandıra bilər. Trampın bu açıqlaması Avropa liderlərinin də diqqətini çəkib. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte Zelenski ilə birlikdə Vaşinqtona gəliblər. Liderlər görüşdə ABŞ-ın təhlükəsizlik zəmanətləri və Rusiyanın sülh sazişində hansı güzəştlərə gedə biləcəyi barədə müzakirələrin aparılacağını gözləyirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.
Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Avropanın “istəklilər koalisiyası” Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi tərəfindən, görüşün həmsədrləri adından yayılan bəyanata Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers də qoşulub.
Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəs əldə olunacağı halda Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılması imkanını nəzərdən keçirir, lakin buna qədər bütün məhdudiyyətlər qüvvədə qalacaq.
24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
Avropa ölkələrinin liderləri və Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparacaqlar. Söhbət Berlin vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) planlaşdırılır. Danışığa ABŞ-ın vitse-prezidenti Cey Di Vens də qoşulacaq.
Kiyev Avropa liderlərinin Ukrayna və Avropa maraqlarını qorumaqla sülhün təmin edilməsinə dair bəyanatını yüksək qiymətləndirir və dəstəkləyir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Türkiyədə “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni mərhələyə keçilir. Gələcək dövrdə PKK-nın İraqın Mahmur və Sincar bölgələrindəki düşərgələrinin boşaldılması, silahlarını təhvil verənlər üçün hüquqi bazanın hazırlanması və terror təşkilatının rəhbər heyətinin Afrika və ya Avropa ölkələrinə göndərilməsi kimi addımlar gündəmdədir.