Alimlərin hesablamalarına görə, qlobal temperatur sənaye öncəsi dövrlə müqayisədə 3 dərəcə yüksələrsə, Alplərin şimalında fırtına tezliyi 50 faizə qədər artacaq. Araşdırma Avropa üzrə ümumi artımın isə təxminən 11 faiz olacağını göstərir.
#təbiət hadisələri
10 avqustda Alyaskanın Endicott Arm fiyordunda qeyri-adi təbiət hadisəsi baş verib. Nə zəlzələ, nə də vulkan püskürməsi olmasına baxmayaraq, bəzi bölgələrdə suyun səviyyəsi 30 metrədək qalxıb. Təfərrüatlı araşdırmalar göstərib ki, Cənubi Sawyer buzlaqının yaxınlığında 3,5 milyard kubmetr həcmində nəhəng bir yer kütləsi yer dəyişdirərək sürüşməyə səbəb olub. Sürüşmənin böyük hissəsi Tracy Arm fiyorduna düşərək, “seiche” adlanan yansımalı sunamiyə yol açıb. Alyaska Zəlzələ Mərkəzi bu hadisənin 2015-ci ildən bəri ən böyük sürüşmə və sunami ola biləcəyini açıqlayıb. ABŞ Sahil Mühafizəsi hadisə sonrası havadan bölgəni yoxlayıb və dağıntıların miqyasını görüntüləyib.
Meksikanın Michoacan ştatında yerləşən və təxminən 2.500 il yaşı olan qədim bir piramida 2025-ci il iyulun 29-u gecəsi güclü yağışlar səbəbindən dağılıb. Təxminən 15 metr hündürlüyündə olan kvadrat formalı tikilinin cənub divarı davamlı yağıntıya dözə bilməyərək dağıntıya çevrilib.
AzerVoice xəbər verir ki, yerli saatla 10:00 radələrində Aksu rayonu meşə yanğını baş verib. Yaşayış məntəqələrinə yaxın olan ərazidə ekipajlar yanğınla mübarizə aparır.
Texasda daşqınlar nəticəsində itkin düşən 157 nəfərin yeri tapılıb.
Kanadanın Alberta əyalətində əsrlərdir elmi mübahisələrin mövzusu olan nadir bir atmosfer hadisəsi – “ildırım topu” müşahidə olunub. Hadisə şahidləri tərəfindən qeydə alınan görüntülər alimlər üçün mühüm araşdırma materialına çevrilib.
Pakistanda musson yağışları 111 nəfərin ölümünə səbəb olub.