#Suriya Türkmənləri

​IX. Əsrin ortalarından türklər Anadoluda məskunlaşmağa başladılar. Əsl məskunlaşma Malazgirt döyüşü ilə oldu. Malazgirtdən sonra Anadolu ilə Türküstan arasında bir köç kanalı yarandı. Türkmənlər böyük kütlələr halında Anadoluya gəlməyə başladılar. Ancaq nə qədər türk gəldiyini dəqiq bilmirik

Suriya Gömrük və Sərhəd İdarəsinin rəsmisi Əhməd Alluş, Bəşər Əsəd rejiminin devrilməsindən sonra sərhəd-keçid məntəqələrində aparılan modernləşmə işləri, narkotiklərlə mübarizə, eləcə də ölkənin ixrac-idxal potensialı barədə “Anadolu” agentliyinə müsahibə verib. Alluş bildirib ki, Türkiyə “azadlıqdan bu yana” Suriyaya göstərdiyi davamlı dəstək üçün minnətdarlıqla xatırlanır. Onun sözlərinə görə, iki ölkə arasında ticarət, nəqliyyat və sərhəd idarəçiliyi sahələrində sıx əməkdaşlıq aparılır.

Nəsiminin Hələbdəki məzarı Türkmən kimliyinin simvoludur. O Nəsiminin Hələbdəki məzarının təkcə bir şəxsin qəbri olmadığını, həm də ortaq Türk-İslam mədəniyyətinin və türkmən kimliyinin canlı bir simvolu olduğunu vurğulayıb. “Harada bir məzar daşımız varsa, orası bizim torpağımızdır. Nəsiminin Hələbdəki məzarı bizə miras və əmanət kimi qalıb. Oradakı insanlar da bu əmanətə sahib çıxır və hər zaman da çıxacaqlar.” - deyə Muxtar Fatih Beydili qeyd edib. Beydili qeyd edir ki, Nəsimi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk-İslam dünyasının ortaq dəyərlərindən biridir və onun məzarı Suriyadakı türkmənlər üçün kimlik və mənsubiyyətin konkret bir təcəssümüdür.