“Hazırkı şəraitdə dünya iqtisadiyyatı və qlobal kapital xəritəsi kəskin şəkildə dəyişir, təchizat zəncirlərində pozuntular artır. Belə bir dövrdə hər bir investorun kapitalını ilk növbədə sahibkarların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğu, iqtisadiyyatın sürətlə inkişaf etdiyi və geniş imkanların mövcud olduğu ölkələrə yatırmağa çalışması tamamilə təbiidir. Məhz buna görə də Özbəkistanda investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması üçün sistemli tədbirlər həyata keçiririk”, — deyə dövlət başçısı bildirib.
#Daşkənd
Əli Əsədov Şavkat Mirziyoyevlə görüşüb
Özbəkistanın paytaxtı Daşkənddə 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2026) işə başlayıb.Yubiley forumu 2025-ci ildə keçirilən IV TIIF-in uğurlu ənənəsini davam etdirir. Həmin forumda Daşkəndə 100-ə yaxın ölkədən 8 mindən çox iştirakçı qatılmış, işgüzar proqram çərçivəsində 150-dən artıq ekspertin iştirakı ilə 36 tematik sessiya təşkil olunmuşdu. Ötənilki forumun nəticəsi olaraq 30 milyard ABŞ dollarından artıq məbləğdə investisiya müqavilələri və sazişləri imzalanmışdı.
Fevralın 9–13-də Özbəkistanın paytaxtı Daşkənddə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir. Sessiya çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Türkiyəyə yola düşüb. Rəsmi səfərin proqramına, həmçinin, bir sıra humanitar və mədəni tədbirlərdə iştirak da daxildir. Bu tədbirlərin iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.
Azərbaycanla Özbəkistan arasında mədəni əməkdaşlıq hər il inkişaf edir və zənginləşir. Bunu Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov bildirib. Onun sözlərinə görə, hazırkı Mədəniyyət Günləri genişləndirilmiş proqram və daha geniş coğrafi əhatə dairəsi ilə fərqlənir. "Bu gün bütün həftəni əhatə edəcək geniş bir mədəni proqramın yalnız başlanğıcı idi. Geniş auditoriya üçün ümumi konsert proqramı təqdim etdik", - deyə o qeyd edib.
Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”
Özbəkistan Turizm Həftəsi çərçivəsində 27-29 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Tashkent International Tourism Fair” (TITF 2025) sərgisində ölkəmizin turizm imkanlarını nümayiş etdirilir. Daşkənd şəhərində keçirilən “TİTF-2025” beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.
Bu barədə Qazaxıstan Prezidenti Tokayevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdiyi məktubda deyilir